Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanlı girovlar üzərində qurulan məhkəmə qanuni deyil

0




  •     “ATƏT PA tanınmamış “Dağlıq Qarabağ respublikası”nda azərbaycanlı girovlar üzərində qurulan “məhkəmə”ni qanuni hesab etmir”.

    APA-nın məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının vitse-prezidenti Georgi Sereteli deyib. O bildirib ki, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması faktını nəzərə alaraq keçirilən “məhkəmə”nin qanunsuz olduğunu söyləmək olar:

    “Oxşar məhkəmələr tanınmamış Abxaziyada da keçirilə bilər, amma biz onu tanımırıq. Girovlarla bağlı məsələni biz hələ ATƏT PA-da müzakirə eləməmişik, amma onu deyə bilərəm ki, bu, beynəlxalq prinsiplərə uyğun prinsip olmalıdır və məsələ bu yolla həll edilməlidir”.


    Vitse-prezident ATƏT-in girovların qaytarılması üçün hansı addımları atacağı barədə suala konkret cavab verə bilməyib: “Bu səpkidə suala konkret cavab vermək üçün hazırlıqlı olmaq lazımdır. Buna hazır deyiləm. Əlbəttə, ATƏT-in müvafiq qurumları var ki, bununla məşğul olurlar”.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi9 il öncə
    İzlənib41 dəfə
    Azərbaycanlı girovlar üzərində qurulan məhkəmə qanuni deyil

    Maraqlı gələ bilər
    72
    69